"Xocalı- şəhid şəhər

 

Respublika uşaq rəsm müsabiqəsi

 

Xətai Sənət Mərkəzində növbəti rəsm müsabiqəsinə başlanılıb. Uşaq və yeniyetmələr üçün nəzərdə tutulan Xocalı - Şəhid şəhər adlı müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan TeleviziyaRadio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

 

Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib. Onun sözlərinə görə, müsabiqə XX əsr tarixinə Əsrin genosidi kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə keçirilir.

 

Mədəniyyət.- 2020.- 24 yanvar.- S.6.