Yuxarı Baş qoruğuna milli statusu verilib

Nazirlər Kabineti Şəki şəhərindəki Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğuna milli qoruq statusunun verilməsi haqqında qərar verib.

Qərar Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə qəbul edilib. Dövlət Turizm Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, 2019-cu ildə Şəki şəhərinin tarixi hissəsi Şəki Xan sarayı ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına salınıb.

 

 

Mədəniyyət.- 2020.- 29 yanvar.- S.2.