Rəşid Behbudovun xatirə gecəsi

 

Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Sənətkarın adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunan tədbirdə mədəniyyət və incəsənət xadimləri, eləcə də biznes nümayəndələri iştirak ediblər.

Tədbirdə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev və digər çıxış edənlər sənətkarın yaradıcılığı haqqında danışıblar. Bildirilib ki, Rəşid Behbudov bənzərsiz ifası, möcüzəli səsi ilə milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanmasında böyük rol oynayıb.

Tədbirdə Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Aygün Zeynalova, Fəxri Kazım-Nicat, Aynur İsgəndərova və digər sənətçilər Rəşid Behbudovun repertuarından mahnılar ifa ediblər.

 

Mədəniyyət.- 2020.- 29 yanvar.- S.2.