Balaca virtuoz” – etüd müsabiqəsi

 

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Abşeron rayon Xırdalan şəhər Musiqi məktəbində “Balaca virtuoz” adlı birinci etüd müsabiqəsi keçirilib.

Məktəbin fortepiano ixtisası üzrə müəllimi Arzu Manafovanın təşəbbüsü ilə təşkil olunan müsabiqə fortepiano şöbəsində təhsil alan şagirdlər arasında aparılıb.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin texniki cəhətdən ifaçılıq bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirməkdir.

 

Mədəniyyət.- 2020.- 29 yanvar.- S.2.