Musiqili teatrın direktoru teatr sərgisinə dəvət alıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev İranda 38-ci Beynəlxalq Fəcr Teatr Festivalının tərkib hissəsi olan 5-ci Teatr sərgisinə dəvət alıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Ə.Lalayev tədbirdə iştirak etmək üçün fevralın 1-dən 7-dək qonşu ölkədə olacaq.

Musiqili teatrın direktoru bundan əvvəl də həm ekspert kimi, həm də yaradıcı kollektivlə birgə Fəcr festivallarında iştirak edib. Onun sözlərinə görə, budəfəki tədbir çərçivəsində Kütləvi tamaşalar izləmək, Məhsulların bazara çıxarılma şərtləri, Teatr sənətinin təhlili mövzularında dəyirmi masalar, müzakirələr aparılacaq, müxtəlif janrlarda tamaşalara baxış keçiriləcək.

 

Mədəniyyət.- 2020.- 29 yanvar.- S.2.