“Əbədiyaşarlıq ünvanı”

 

 

Yanvarın 27-də Respublika Uşaq Kitabxanasında “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisi Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədiyaşarlıq ünvanı” adlı tədbir keçirilib.

Tədbirdə ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, pedaqoq, maarifçi Firidun bəy Köçərlinin həyat və fəaliyyətini əks etdirən “Tarixin izi ilə” filmi nümayiş edilib.

Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova bildirib ki, F.Köçərli Azərbaycan folklorşünaslığında da xüsusi xidmətləri olan şəxsiyyətlərdəndir. O, gənc nəsli düzgün tərbiyə etmək üçün uşaqları hələ kiçik yaşlarından şifahi ədəbiyyat nümunələri ilə tanış etməyi vacib sayır və bunu valideynlərə məsləhət görürdü. Təsadüfi deyil ki, o, çap etdirdiyi şifahi xalq ədəbiyyatı nümunələri kitabına “Balalara hədiyyə” adını verib.

Tədbirdə kitabxana əməkdaşları tərəfindən hazırlanmış F.Köçərli elektron məlumat bazası təqdim edilib.

 

Mədəniyyət.- 2020.- 29 yanvar.- S.2.