Səməd Vurğunun ev-muzeyində ədəbi-musiqili tədbir

 

 

Səməd Vurğunun ev-muzeyiVaqif Səmədoğlu Mərkəzinin “Qrammofon” ədəbi layihəsi çərçivəsində növbəti tədbir yanvarın 26-da keçirilib.

Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş ədəbi-musiqili axşamda muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova çıxış edib.

Aktyor Kamran Yunis və bədii qiraət ustası Xəzər Süleymanlı Vaqif Səmədoğlunun şeirlərini söyləyiblər. Müğənni Sevinc Ağasıyeva, pianoçu Zaur Baratov, gənc ifaçı Faiq Mirzə Əliyev şairin sözlərinə bəstələnmiş mahnıları – Tofiq Quliyev, Emin Sabitoğlubaşqa bəstəkarların əsərlərini oxuyublar.

 

Mədəniyyət.- 2020.- 29 yanvar.- S.2.