“El havasıəyləncəli musiqi layihəsi

 

 

 

Gənclər İdman Nazirliyi “El havasıadlı yeni əyləncəli musiqi layihəsinə start verib.

Əsasən regionları əhatə edəcək yarışmanın məqsədi respublikanın rayon şəhərlərində yaşayan istedadlı gənclərin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli mədəni irsimizi təbliğ etməkdir.

Yarışma haqqında geniş məlumat əldə etmək məqsədilə “El havasısosial media hesabı (link) yaradılıb. İştirak etmək istəyən hər bir gənc “El havasıFacebook səhifəsində qeydiyyatdan keçərək, həmçinin yerli gənclər idman idarəsinə müraciət edərək layihəyə qatıla bilər. Yarışma 3 nominasiya üzrə keçirilir: rəqs, solo ifa, musiqi alətində ifa.

Zonalarda keçirilən “El havası” yarışmasının qaliblərini Bakıda təşkil olunacaq möhtəşəm qala-konsert proqramında maraqlı sürprizlər gözləyir.

 

 

Mədəniyyət.- 2020.- 29 yanvar.- S.7.