Tanınmış yazıçı-publisistin 70 illiyi qeyd olundu

 

 

Yanvarın 29-da Beynəlxalq Muğam Mərkəzində tanınmış nasir publisist Xeyrəddin Qocanın 70 illik yubiley gecəsi keçirildi.

Tədbiri filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı açaraq ədibin çağdaş həqiqətlərə işıq tutan bədii publisistik yaradıcılığından söhbət açdı.

Bildirdi ki, Xeyrəddin Qoca Azərbaycan ictimai ədəbi fikrində özünü təsdiqləmiş şəxslərdəndir.

Satirik hekayə ilə yaradıcılığa başlayan yazıçı çoxsaylı kitabların, pyeslərin müəllifidir. Onun bir sıra əsərləri “Kipri” jurnalında dərc edilib.

Yazıçı əsərlərində cəmiyyəti narahat edən mühüm məsələlərə toxunur, oxucusunu illüziyalar aləmindən ayırır real həyata qaytarır. Nöqsanları vətəndaş mövqeyindən tənqid edir.

Yubiley gecəsində diqqətə çatdırıldı ki, yazıçının “Filankəslər”, “Hərə öz payını götürsün”, “Marallar”, “Bu dünyadan məktublar”, “Gərək yazam”, “Pyeslər”, “Bu da belə həyatdır”, “Biz bizə bənzərik” kitabları maraqla qarşılanıb.

“Hərənin öz payı” satirik komediyası Akademik Milli Dram Teatrında tamaşaya qoyulub, “Qonşulaşma, qohumlaşma, kirvələşmə” komediyası Azərbaycan Televiziyasında ekranlaşdırılıb, “Düzü-düz, əyrini-əyri”, “Bu bizim zəmanədir”, “Toy olacaq” pyesləri əsasında Azərbaycan Radiosunda radio-tamaşalar hazırlanıb.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev yubilyarın mənalı ömür yolundan bədii yaradıcılığından söz açdı. Bildirdi ki, Xeyrəddin Qoca şərəfli bir ömür yaşayaraq cəmiyyətdə layiqli nüfuz qazanıb.  Ç.Abdullayev çıxışının sonunda yubilyara cansağlığı yaradıcılıq uğurları arzuladı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclis Sədrinin müavini Bahar Muradova, sabiq Baş nazir Novruz Məmmədov, Xalq artisti Möhlət Müslümov, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev çıxış edərək Xeyrəddin Qocanın yaradıcılığından, onun səmimiliyindən söz açdılar. Qeyd edildi ki, X.Qoca jurnalistikada, bədii yaradıcılıqda həyatda öz sözü olan insandır. O, həmçinin birinci çağırış Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının İstanbul şəhərində baş konsulu olub. Çıxış edənlər yubilyarı təbrik edərək xoş arzularını çatdırdılar.

Sonra Mədəniyyət naziri Əbülfəs Qarayevin yubilyara təbrik teleqramı oxundu. Daha sonra yazıçının əsərləri əsasında vaxtilə hazırlanan tamaşalardan səhnələr, həyat yaradıcılığına həsr edilən “Ömür belə keçir” filmindən fraqmentlər  nümayiş olundu.

Əməkdar artistlər Nuriyyə Hüseynova, Zakir Əliyev gənc xanəndələrin ifasında muğam xalq mahnıları təqdim edildi.

Sonda səhnəyə çıxan Xeyrəddin Qoca gecənin təşkilində zəhməti olan hər kəsə  minnətdarlığını bildirdi.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.1;3.