Muğam. Nəsillərdən nəsillərə”

 

Yanvarın 30-da Beynəlxalq Muğam Mərkəzində “Muğam. Nəsillərdən nəsillərə” adlı yeni layihənin təqdimatı olub. Layihənin əsas məqsədi gənc ifaçılara dəstək göstərməkdir.

Layihənin konsertində xanəndə Malik Həsənov, Əməkdar artist, xanəndə Firuz Səxavət və Əməkdar mədəniyyət işçisi, aşıq Ədalət Dəlidağlı çıxış ediblər. Xanəndələri Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” ansamblı müşayiət edib.

Konsert maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.2.