Böyük maarifpərvər vəfatının 100 illiyində anılır

 

 

Respublika Uşaq Kitabxanasında görkəmli ədəbiyyatşünas, pedaqoqpublisist Firidun bəy Köçərlinin (1863-1920) vəfatının 100 illiyinə həsr olunmuş daha bir tədbir keçirilib.

Yanvarın 29-da təşkil olunanBöyük maarifpərvər Firidun bəy Köçərli” adlı tədbirdə Sabunçu rayonu 192 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri iştirak ediblər.

Məktəblilərin təqdimatında F.Köçərlinin həyat və fəaliyyəti haqqında məlumat verilib, “Balalara hədiyyə” kitabından şeirlər, atalar sözləri, məsəllər, laylalar, tapmacalar, müdrik kəlamlar səsləndirilib, mahnılar ifa olunub, rəqslər təqdim edilib.

Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova məktəbliləri məharətli çıxışlarına görə təbrik edib və Azərbaycan uşaq ədəbiyyatı antologiyasının banisinin həyat və fəaliyyətinin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə uşaqlar tərəfindən “Qarı və buz”, “Pıspısa xanım və Siçanbəy” nağılı, “Darı və Buğda” təmsili əsasında hazırlanmış səhnəciklər göstərilib.

Sonda uşaqlara kitabxananın nəşri olanGöy qurşağı” jurnalı hədiyyə olunub.

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.4.