Həzi Aslanovun 110 illiyi ilə bağlı daha bir tədbir

 

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə silsilə tədbirlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görkəmli sərkərdəyə həsr olunmuş növbəti tədbir Hərbi Dəniz Qüvvələrində keçirilib.

Tədbirdə çıxış edənlər İkinci Dünya müharibəsində qəhrəmanlıq səhifəsi yazan Həzi Aslanovun keçdiyi şanlı döyüş yolunun ordumuzun şəxsi heyətinə örnək olduğunu xüsusi vurğulayaraq, o illərdə ön və arxa cəbhələrdə Azərbaycan övladlarının göstərdiyi hünər və rəşadətdən danışıblar.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi konsert proqramı ilə başa çatıb.

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.2.