“Gənclərə dəstək” layihəsində musiqi gecəsi

 

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert yanvarın 28-də keçirilib.

Milli musiqi alətlərimiz – milli sərvətimizdir” adlı konsertdə Vasif Cavadov (tar), Günel Qasımova (xanəndə), Orxan Hüseynov (kamança), Amin Abdullayev (tar), Əmir Nəbiyev (xanəndə), Kamal Məmmədli (kamança) və başqaları çıxış ediblər. Musiqiçiləri İlahə Hüseynovanın dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.

Proqramda xalq musiqisi nümunələri və Azərbaycan bəstəkarlarının əsərləri səslənib. “Gənclərə dəstək” layihəsinin məqsədi gənc istedadları üzə çıxarmaq və onları inkişaf etdirməkdir. Layihənin ideya müəllifi filarmoniyanın direktoru, Xalq artisti Murad Adıgözəlzadə, əlaqələndiricisi Ayla Kərimova-Zakariyadır.

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.3.