Cabir Novruzun yaradıcılıq gecəsi

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayında  Qaradağ Rayon İcra Hakimiyyəti və Cabir Novruz Fondunun təşkilatçılığı ilə Xalq şairi Cabir Novruzun yaradıcılıq gecəsi keçirilib.

Gecədə çıxış edənlər unudulmaz şairin həyat və yaradıcılığından danışıblar. Bildirilib ki, Cabir Novruz ədəbiyyat aləminə gəldiyi ilk illərdən yüksək bəşəri mənəvi dəyərləri tərənnüm edən şeirlərilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.

Tədbirin bədii hissəsində “Dan ulduzuinstrumental ansamblının müşayiəti ilə respublikamızın sevilən müğənniləri şairin şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər.

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.6.