Bəşəri cinayət Mart soyqırımı

1918-ci ilin Mart soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindəndir. Erməni-bolşevik quldur dəstələrinin həmin vaxt xalqımıza qarşı həyata keçirdiyi genosid aktı, əslində, bütün insanlığa qarşı cinayətdir. Hər il olduğu kimi, bu il də 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mədəniyyət müəssisələrində anım tədbirləri keçirilib.

 

Masallı Regional Mədəniyyət İdarəsi Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı şöbəsi və Yeni həyat qəzetinin birgə təşkilatçılığı ilə Tarixi yaddaşımızdan silinməyən soyqırımı mövzusunda videokonfrans keçirilib.

 

Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə faciənin ildönümünə həsr olunan onlayn tədbir gerçəkləşib.

 

***

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə İnsanlığa sığmayan cinayət adlı onlayn tədbir keçirilib. Tədbirdə 1918-ci ilin mart qırğınları haqqında videoçarx nümayiş etdirilib.

 

Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin, Ağbil və Aşağı Atuc kənd kitabxanalarının əməkdaşları və fəal oxucuları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

 

***

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin kollektivi Sabirabad rayonunda ucaldılan Kədərli ana abidə kompleksini ziyarət edib.

 

Sabirabad rayon Heydər Əliyev Mərkəzində ermənilərin xalqımıza qarşı törətdikləri cinayətləri əks etdirən Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitab, buklet, dövri mətbuat materiallarından və mərkəzin rəsm dərnəyi üzvünün əl işindən ibarət sərgi təşkil edilib.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Uşaq incəsənət məktəbində Mart soyqırımının 103-cü ildönümünə həsr olunan rəsm sərgisi nümayiş etdirilib.

 

Gəncə şəhər MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi Tariximizin qanlı səhifəsi başlığı altında onlayn söhbət təşkil edib.

 

Goranboy Rayon Tarix-Diyarşünaslıq Muzeyində Unudulmaz tarixi faciəmiz adlı tədbir keçirilib. Goranboy Dövlət Rəsm Qalereyası isə Gənclər parkında açıq havada fotosərgi nümayiş etdirib.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mart soyqırımının 103-cü ildönümünə həsr olunan videokonfrans keçirilib. Çıxışlarda ermənilərin bu cinayətinin öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğu vurğulanıb.

 

***

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Tariximizi heç vaxt unutmayaq mövzusunda videokonfrans keçirilib.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Mart soyqırımının ildönümü münasibətilə anım tədbiri təşkil olunub. Tədbirdə 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür adlı videoçarx təqdim edilib.

 

***

 

Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən onlayn tədbirdə ermənilərin törətdiyi bəşəri cinayətdən söz açılıb. Tədbirdə rayonun mədəniyyət müəssisələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar şöbəsinin əməkdaşları, din xadimləri iştirak ediblər.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Mərkəzi kitabxanası Xalqımızın faciələri adlı videokonfrans təşkil edib.

 

Zaqatala rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə baş tutan anım tədbirində tariximizin bu qanlı səhifəsi haqqında məruzələr dinlənilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Zaqatala Humanitar Fənlər Gimnaziyasında Soyqırımı Günü ilə əlaqədar məruzə saatı keçirilib.

 

Qax rayon MKS və Səməd Vurğun adına rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Unutmadıq, 1918-ci il Mart hadisələri adlı videokonfrans keçirilib.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin Səməd Vurğun adına Mərkəzi kitabxanası Azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı adlı onlayn tədbir keçirib.

 

Bərdə rayon MKS, Tərtər rayon MKS və Mədəniyyət Mərkəzi, Yevlax şəhər Uşaq musiqi məktəbi və Mədəniyyət Mərkəzi Soyqırımı Günü münasibətilə videoçarxlar hazırlayıblar.

 

Yevlax şəhər Heydər Əliyev Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax şöbəsi və YAP Yevlax rayon təşkilatının birgə iştirakı ilə videokonfrans keçirilib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, Hüseyn Arifin Ev-Muzeyi, şəhər 1 saylı Folklor klubu, Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Aşıq Sənəti Dövlət Muzeyi əməkdaşlarının iştirakı ilə Bəşəri cinayət mövzusunda videokonfrans keçirilib.

 

Ağstafa rayon MKS-nin Mərkəzi kitabxanası və filialları Bəşəriyyətə qarşı törədilən cinayət adlı videokonfrans keçirib.

 

Ağstafa rayon Mədəniyyət Mərkəzinin filialları olan Kolxəlfəli, Pirili, Xılxına kənd klublarının birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür mövzusunda onlayn tədbir keçirilib.

 

Tovuz rayon Heydər Əliyev Mərkəzi MKS ilə birgə 31 Mart tarixin qanlı salnaməsi mövzusunda onlayn tədbir təşkil edib.

 

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi Azərbaycan tarixinin qanlı səhifəsi adlı onlayn anım tədbiri keçirib.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Mərkəzi kitabxananın təşkilatçılığı ilə 31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı adlı videoformatda tədbir keçirilib. Bundan başqa, Mərkəzi kitabxananın oxu zalında və kitabxana filiallarında da tədbirlər keçirilib, sərgilər təşkil olunub.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzi, rayon Mərkəzi kitabxanası və Dini Qurumlarla üzrə Dövlət Komitəsinin Ucar şöbəsinin birgə təşkilatçılığı ilə 31 Mart tariximizin faciəli səhifəsi mövzusunda onlayn tədbir keçirilib.

 

Mədəniyyət.- 2021.- 2 aprel.- S.3.