Öyrətmək olmasın

 

Öyrətmək olmasın adlı yeni teatr layihəsinə start verilib. Youtube platformasında və sosial şəbəkələrdə yayımlanan layihənin ideya müəllifi gənc rejissor Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadədir.

 

İlk buraxılışı yayımlanan layihə əyləncəli-intellektual müəllim-tələbə dialoqları üzərində qurulub. Müəllim sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərov tələbələr Sabirə Abdullayeva və Əlövsət Ağayev ilə birlikdə Teatr nədir?, Teatr necə olmalıdır? kimi suallara cavab axtarıblar.

 

On dəqiqəlik veriliş maraqlı dialoqları və dinamikliyi ilə diqqəti cəlb edib. Layihənin yeni bölümləri yaxın günlərdə Youtube vasitəsilə yayımlanacaq.

 

Mədəniyyət.- 2021.- 2 aprel.- S.7.