Latviya kanalında 1918-ci ilin Mart qırğını haqqında sənədli film

 

Azərbaycanın Latviyadakı Səfirliyinin sifarişi ilə RigaTV 24 telekanalında 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə sənədli film nümayiş etdirilib.

 

Latış dilinə dublyaj edilmiş sənədli filmdə Stepan Şaumyanın rəhbərliyi altında Bakı Sovetinin bolşevik-daşnak ittifaqında birləşən erməni silahlı qruplaşmaları tərəfindən 1918-ci ilin martında və sonrakı aylarda Bakı, Quba, Şamaxı və digər bölgələrdə yaşayan dinc azərbaycanlı əhalisinə qarşı kütləvi qırğınların törədildiyi diqqətə çatdırılıb.

 

Filmdə planlı şəkildə həyata keçirilmiş bu qırğınların əsas məqsədinin etnik təmizləmələr aparmaqla tarixi Azərbaycan torpaqlarına sahiblənmək məqsədi daşıdığı qeyd edilib, istintaq sənədləri, fotomateriallaraşkar edilmiş kütləvi məzarlıqlar barədə məlumat verilib.

 

RigaTV 24 kanalı Latviyada əsasən ictimaisiyasi diskussiya proqramları və sənədli filmlər təqdim edən unikal bir televiziya kanalıdır və kanal həftənin aktual mövzuları üzrə latviyalı liderlərin gündəlik şərhlərini ictimaiyyətə təqdim edir.

 

Azərbaycanlıların soyqırımı ilə bağlı RigaTV 24 kanalında nümayiş etdirilən filmin videoyazısı Latviyada əsasən xəbər proqramlarının təkrar izləyiciləri arasında tanınmış XTV.LV videoxəbər platformasında da yerləşdirilib.

 

Mədəniyyət.- 2021.- 2 aprel.- S.8.