Dövlət Rəsm Qalereyası mart soyqırımına həsr etdiyi videoçarxı təqdim edib

 

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında törədilən soyqırımı aktları olub. Bakı şəhərində başlanılan kütləvi qırğınlar Azərbaycanın bütün ərazisinə yayılıb. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

 

Azərbaycan təsviri sənətində və xüsusilə rəssamların yaradıcılığında xalqımıza qarşı törədilən faciələr tarixin bütün mərhələlərində yer alıb.

 

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanan videoçarxda rəssam Nazim Məmmədovun 1918-ci il mart soyqırımına həsr etdiyi silsilə qrafika və rəngkarlıq əsərləri yer alıb.

 

Vidoçarx Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi Facebookİnstagram sosial şəbəkələrdəki səhifələri vasitəsilə yayımlanıb.

 

Mədəniyyət.- 2021.- 2 aprel.- S.5.