Respublika Uşaq Kitabxanası “Sevimli kitablarımız” adlı virtual sərgini təqdim edib

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2 aprel – Beynəlxalq Uşaq Kitabı Gününə həsr etdiyiSevimli kitablarımız” adlı virtual sərgini oxuculara təqdim edib.

 

Virtual sərgidə Azərbaycan uşaq yazarlarının 44 adda kitabı tam mətnlə  yerləşdirilib.

 

Sərginin təşkil olunmasında əsas məqsəd Azərbaycan yazarlarının ədəbi irsi ilə oxucuları tanış etmək, uşaqların intellektual inkişafında mühüm rol oynayan kitabları oxuculara sevdirmək və mütaliəyə həvəsi artırmaqdır.

 

Virtual sərgidə F.Köçərlinin “Balalara hədiyyə”, Abbas Səhhətin “Gün dağlara yayıldı”, Abdulla Şaiqin “Tıq-Tıq xanım”, Xanımana Əlibəylinin “Biletsiz sərnişin”, Nigar Rəfibəylinin “Bir cüt xurma ağacı”, Zahid Xəlilin “Orxan, Vəfa və Babək”, Rafiq YusifoğlununAna dilim”, Ələmdar Quluzadənin “Navalça”, Gülzar İbrahimovanın “Dəniz balası”, Solmaz Amanovanın “Turac”, Reyhan Yusifqızının “Hamıdan qəşəng”, Sevinc Nuruqızının “Babək” və s. kitablar yer alıb.

 

Aşağıdakı link vasitəsilə virtual sərgi ilə tanış olmaq olar:

 

https://www.clb.az/sevimli-kitablarmz_d3141.html

 

Mədəniyyət.- 2021.- 7 aprel.- S.7.