Muzey mədəni turizm problemləri

 

 

Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj MuzeyiMuzey mədəni turizm problemlərimövzusunda silsilə konfranslar təşkil edir.

 

Onlayn formatda keçirilən növbəti konfransa Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr dünya muzeyləri şöbəsinin müdiri Nailə Əliyeva Ekspozisiyanın qorunması, izahı audio müşayiətin təmini şöbəsinin böyük elmi işçisi Sevinc Heydərova da qatılıblar.

 

Kulturologiya üzrə fəlsəfə doktoru Nailə ƏliyevanınNizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəaliyyətində müasir texnologiyaların tətbiqi”, filologiya üzrə fəlsəfə doktoru Sevinc HeydərovanınNizami muzeyi: dünən bu günmövzularda məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Təqdim olunan məruzələrdə Nizami muzeyinin tarixi, 1941-ci ildə Nizami Gəncəvinin 800 illiyinin Ermitajda qeyd olunması, bu il isə dahi şairin 880 illik yubileyi ilə əlaqədar ölkə başçısının imzaladığı müvafiq sərəncam haqqında ətraflı məlumat verilib.

 

Həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yeni ekspozisiyanın qurulması, muzeyin 80 illik yubileyi ilə bağlı gerçəkləşən layihə və tədbirlərdən bəhs edilib.

 

Mədəniyyət.- 2021.- 7 aprel.- S.7.