Müasir dövrdə Nizami mədəni irsinin təfsiri” kitabının təqdimatı

 

Aprelin 7-də Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ingilis dilində nəşr etdiyiThe interpretation of Nizami’s cultural heritage in the contemporary period” (“Müasir dövrdə Nizami mədəni irsinin təfsiri”) adlı kitabın təqdimatı keçiriləcək.

 

Kitab Azərbaycan Respublikası Prezidentinin 2021-ci iliNizami Gəncəvi İlielan etməsi ilə əlaqədar imzaladığı sərəncama əsasən işıq üzü görüb.

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə İngiltərə, Almaniya, Misir və digər ölkələrdən nizamişünas alimlərin onlayn bağlantısı da təşkil olunacaq.

 

Mədəniyyət.- 2021.- 7 aprel.- S.2.