Gəncə rəssamlarının virtual sərgisi keçiriləcək

 

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə aprelin 9-da Gəncə rəssamlarının virtual sərgisi keçiriləcək.

 

Layihə paytaxtdan kənarda yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın genişləndirilməsi, rəssamların qalereya və muzeylərlə əlaqələrinin sıxlaşdırılması, yerlərdə rəssamlığın inkişafı, istedadlı insanların yaradıcılığının təşviqi məqsədi daşıyır.

 

Sərgi Gəncə şəhərində yaşayan rəssamlarla onlayn görüş zamanı verilən təkliflərə əsasən reallaşacaq. Virtual ekspozisiyada rəssamların müxtəlif mövzujanrda işlədiyi əsərlər nümayiş olunacaq. Sənətsevərlər virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləyə bilərlər.

 

 

Mədəniyyət.- 2021.- 7 aprel.- S.2.