Xəmsənin Şərq-Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri

 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə 25-27 noyabr tarixində Nizami Gəncəvi Xəmsəsinin Şərq-Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

 

Ədəbiyyat Muzeyindən bildirilib ki, konfransda iştirak etmək istəyənlər tezisləri sentyabrın 20-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Konfrans Nizami Gəncəvi irsiAvropa ədəbi-mədəni mühiti, Nizami şəxsiyyəti və irsinin beynəlxalq miqyasda tədqiqi, nəşri və təbliği problemləri, Nizami əsərlərinin əlyazmaları və Xəmsəyə çəkilmiş miniatürlər dünya kitabxana və arxivlərində, Nizami Xəmsəsi və Divanının müxtəlif dillərə tərcüməsi problemləri, Nizami Xəmsəsi ensiklopedik biliklər və miqyaslı ədəbi düşüncə mənbəyi kimi, Nizami irsi Azərbaycan və dünya incəsənəti müstəvisində və s. bölmələr üzrə təşkil olunacaq.

 

 

Mədəniyyət.- 2021.- 7 aprel.- S.2.