Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə 2 aprel – Beynəlxalq Uşaq Kitabı Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə dünya şöhrətli danimarkalı yazar Hans Kristian AnderseninKibrit satan qız” nağılının müzakirəsini təşkil edib.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşları 2 və 5 saylı şəhər uşaq bağçalarında olublar. Tədbir zamanı kitabxananın əməkdaşları uşaqlara “Göbələk”, “Alma”, “Düyməcik”, “Qar kraliçası”, “Qırmızıpapaq”, “Dostlar səfərdə” nağıllarını danışıblar.

 

 

Mədəniyyət.- 2021.- 7 aprel.- S.4.