ÖST Ensemble ansamblının ilk ifası Cahangir Cahangirovun əsəri olub

 

Avstriyada yaşayan gənc bəstəkar etno-musiqi mütəxəssisi Aria Torkanbouri Avropanın musiqi paytaxtı Vyanada ÖST Ensemble adlı ansambl təsis edib. Layihənin məqsədi Şərq dünyasının geniş bir coğrafiyasını əhatə edən mədəniyyətlərə aid musiqi əsərlərinin klassik janrda ifalarını təqdim etməkdir.

 

A.Torkanbouri bildirib ki, ansamblın adı Ost (Şərq) və Öst (almanca Avstriya (Österreich) sözünün ilk hecası) sözqrafeminin qarışığından yaranıb və ansamblın adının qrafik təsvirində öz əksini tapıb. Ansamblın adındakı bu sintez onun repertuarındakı musiqi əsərləri ilə ifa edilən musiqi üslubu arasındakı bağlantıya da bir işarədir.

 

ÖST Ensemble təsis olunduqdan sonra ilk tanıtım ifasını Şərq dünyasının ana musiqisi sayılan aşıq sənətinə aid olan, görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun yazdığı Aşıq Cünun əsəri ilə gerçəkləşdirib.

 

Müxtəlif ölkələrin nümayəndələrindən ibarət ansamblın ifası Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində səslənərək videoyazıya alınıb və ansamblın İnstagram, FacebookYoutube şəbəkələrindəki rəsmi səhifələrində yayımlanıb.

 

Qeyd edək ki, Aria Torkanbouri bəstəkarlıq və musiqi nəzəriyyəsi üzrə İran, Azərbaycan, Türkiyə, AlmaniyaAvstriyada təhsil alıb. Görkəmli bəstəkar və pedaqoqlar Arif Məlikov, Beat Furrer, Özkan ManavHasan Uçarsudan dərs alan musiqiçi hazırda təhsilini Vyana Musiqi və Səhnə Sənətləri Universitetində (MDW) etno-musiqişünaslıq üzrə dünyaca tanınmış Ursula Hemetekin sinfində Azərbaycan aşıq musiqisi və ümumşərq musiqi səs sistemi üzrə tədqiqatlarla davam etdirir.

 

Əsərin videoyazısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://youtube.com/channel/UC1hNE18G5eRoixU3PFEb5pQ

 

Xatırladaq ki, gənc bəstəkar Azərbaycan torpaqlarının düşmən tapdağından xilas edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsində rəşadətlə döyüşən müzəffər Azərbaycan Ordusunun şərəfinə Qarabağ marşı adlı əsər də bəstələyib.

 

 

Mədəniyyət.- 2021.- 7 aprel.- S.8.