Can Azərbaycan Respublika yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib

 

Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Azerbaijan (İWS Globe Beynəlxalq Suluboya Cəmiyyətinin ölkəmizdəkiı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə qrafikaakvarel ustaları arasında keçirilən Can Azərbaycan Respublika yaradıcılıq müsabiqəsinə yekun vurulub.

 

Xatırladaq ki, müsabiqənin məqsədi akvarelqrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi igidliyi, azərbaycançılıq məfkurəsi və milli birliyimizi təsvir müstəvisində nümayiş etdirməkdir.

 

Münsiflər heyərtinin dəyərləndirməsinə əsasən, Can Azərbaycan Respublika yaradıcılıq müsabiqəsinin hər iki istiqamət üzrə qalibləri müəyyənləşib.

 

Akvarel sənəti üzrə:

 

I yer Hafiz Kərimov;

II yer Fatma Kılıç

III yer Feyzi Məmmədov

 

 

Qrafika sənəti üzrə qaliblər:

 

I yer Elmir Məmmədov

II yer Günel Quliyeva

III yer Əbülfəz Fərəcoğlu

 

Hər nominasiya üzrə qaliblərə diplomlar müvafiq olaraq 350, 200 100 məbləğində mükafat veriləcək.

 

Bundan əlavə, 5 nəfər həvəsləndirici mükafata (akvarel dəsti) layiq görülüb:

 

Xanlar Əsədullayev

Gülşən Baxşəliyeva

Naibə Vəliyeva

Zeynəb Yaqubova

Leyla Vazehi

 

Qalib olmuş əsərlər Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaq.

 

Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzi tərəfindən onlayn şəkildə keçiriləcək.

 

Mədəniyyət.- 2021.- 9 aprel.- S.3.