Qarabağın radio dalğası

 

 

Müsabiqənin qalibi “CBC FM” olub

 

Qarabağda regional radio kanalının açılması üçün elan olunmuş müsabiqənin nəticələri aprelin 7-də Milli TeleviziyaRadio Şurasının (MTRŞ) iclasında elan olunub.

 

MTRŞ-dan bildirilib ki, 102,7 MHs işçi tezliyinə elan olunmuş müsabiqə fevralın 10-dan martın 12-dək davam edib.

 

İclasda məlumat verilib ki, müsabiqə ilə bağlı 7 iddiaçı müraciət edib: “Real Təhlil İnformasiya Mərkəzi” MMC; “Caspian İnternational Broadcasting Company” MMC; “Balans Studiyası” MMC;  “İNS ÇM” MMC; “İsti Press” MMC; “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası; “ARB 24” MMC.

 

Müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olanCaspian İnternational Broadcasting CompanyMMC-nin (“CBC FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul edilib.

 

Mədəniyyət.- 2021.- 9 aprel.- S.2.