Xəmsə onlayn festivalda

 

Gəncə Dövlət Dram Teatrının səhnələşdirdiyi Xəmsə ədəbi-bədii kompozisiyası Türkiyədə keçirilən onlayn tamaşalar festivalının proqramına salınıb. Teatrdan verilən məlumata görə, ədəbi-bədii kompozisiya Nizami Gəncəvi İli çərçivəsində hazırlanıb.

 

Maltəpə və Sarıyer Bələdiyyə teatrlarının bədii rəhbərləri Kubilay ErdelikaraGökhan Buludun təşkilatçılığı ilə 27 mart 25 aprel tarixində Uluslararası Kısa Performanslar Festivalı keçirilir. Festivalda 12 ölkədən teatrların tamaşaları nümayiş etdiriləcək. Tamaşalar onlayn rejimdə hər həftənin bazar günləri festivalın YoutubeFacebook hesabları üzərindən yayımlanır.

 

Qeyd edək ki, festivalda Azərbaycanı iki teatr təmsil edir. Gəncə Dövlət Dram Teatrının Xəmsə kompozisiyasından savayı Dövlət Pantomima Teatrı da festivala Nağaraçılar tamaşası ilə qatılacaq. Gəncə teatrının səhnələşdirdiyi kompozisiya 11 apreldə Bakı vaxtı ilə saat 17:00-da yayımlanacaq.

 

 

Mədəniyyət.- 2021.- 9 aprel.- S.2.