Türkiyənin məşhur kino xadimi Osman Sınav ölkəmizdə səfərdədir

 

Türkiyə kino sənayesinin ən ünlü isimlərindən birirejissor, ssenarist, prodüser Osman Sınav ölkəmizdə səfərdədir. Kino xadiminin Bakıda bir sıra görüşləri nəzərdə tutulub.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Osman Sınavla görüşüb.

 

Rejissorun respublikamıza səfər etməsindən, onunla görüşfikir mübadiləsindən məmnunluğunu bildirən Qənirə Paşayeva Osman Sınavın məşhur ekran əsərlərinin Türkiyə və Azərbaycanla yanaşı, bütün türk-islam dünyasında, eləcə də müxtəlif ölkələrdə maraq və heyranlıqla izlənməsindən qürur duyduğunu söyləyib.

 

Komitə sədri Osman Sınav kimi məşhur sənətkarın Azərbaycanla bağlı mövzulara, özəlliklə 44 günlük Vətən müharibəsinə yanar ürəklə yanaşdığına, ciddi sənətkar marağı göstərdiyinə görə təşəkkür edib.

 

Görüşdə iki qardaş ölkənin ümumi marağının ifadəsi olan ortaq mədəniyyət layihələri, Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfəri, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olmaqla yanaşı, türk-islam dünyasının mədəniyyət paytaxtı kimi qəbul edilməsi, Qarabağla bağlı həqiqətlərin təbliğində sənətin yaratdığı imkanlars. barədə fikir mübadiləsi aparılıb.

 

Osman Sınav üzərində işlədiyi layihələr, yeni yaradıcılıq planları, ideyalar və təşəbbüslər haqqında danışıb.

 

Komitə sədri qonağa Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

 

Görüşdə Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov da iştirak edib.

 

Mədəniyyət.- 2021.- 14 aprel.- S.3.