Gəncə teatrının Xəmsəsi beynəlxalq onlayn festivalda göstərilib

 

Xəbər verdiyimiz kimi, Gəncə Dövlət Dram Teatrı İstanbulun Maltəpə və Sarıyer Bələdiyyə teatrlarının təşkilatçılığı ilə keçirilən Beynəlxalq onlayn qısa tamaşalar festivalına qatılıb. Kollektiv festivalda Nizami Gəncəvinin 880 illiyi münasibətilə şairin poemaları əsasında hazırladığı Xəmsə ədəbi-bədii kompozisiyası ilə təmsil olunub.

 

Kompozisiyanın bədii rəhbəri Gəncə teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov, rejissorları Elşad Əhmədov, Yusif Cəfərovdur. Nizami Gəncəvi rolunda Xalq artisti Alim Məmmədov çıxış edib. Digər rolları Xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Ramiz Vəliyev, Novruz Cəfərov, Sevda Orucova, Elxan Abbasov, Kəmalə Məmmədova və başqaları ifa ediblər.

 

Gəncənin mədəniyyət işçiləri və yerli teatrsevərlər Xəmsə kompozisiyasını festivalın YoutubeFacebook hesabları üzərindən izləyiblər.

 

Martın 27-dən başlanan beynəlxalq onlayn festival aprelin 25-dək davam edəcək.

 

Mədəniyyət.- 2021.- 14 aprel.- S.3.