Orda bir teatr var, uzaqda...

 

Bir neçə il əvvəl Washington Post qəzeti Coşua Bellin metroda gizli çıxışı adlı eksperiment-layihə həyata keçirmişdi. İnsanların zövqləri dəyərləri ilə bağlı sosial eksperimentin təşkilatçıları kədərli, bir az gözlənilən halla rastlaşırlar. Dünyanın ən istedadlı musiqiçilərindən Coşua Bell soyuq yanvar səhəri Vaşinqtondakı metro stansiyalarından birinin qarşısında skripkada musiqi ifa edir. Təxminən 45 dəqiqə ərzində Baxın altı pyesini ifa edir pik saat olmasına rəğmən onu yalnız bir neçə nəfər dinləyir.

 

İki gün öncə konsertinə bilet azı 100 dollara satılan yüzlərlə musiqi həvəskarının konsert salonunun qapısında növbə gözlədiyi musiqiçi metro konsertindən 32 dollarlıq qonorarla ayrılır.

 

Maraqlıdır, adi şəraitdə, münasib olmayan zamanda biz gözəlliyi hiss edə bilirikmi? Buna necə reaksiya veririk həmin gözəlliyi anlamaq üçün edirik? Heç . Dünyanın ən istedadlı musiqiçilərindən birinin ifasını dinləmək üçün bir dəqiqəmizi ayıra bilmədiyimiz kimi, çox şeyin yanından etinasız ötüb keçə bilirik. Pandemiya dönəmində, canlı yaradıcılıq sahələrinin ağır sınaq qarşısında dayandığı indiki zamanda teatrın işi lap çətindir. Ələlxüsus da milli teatrın. Çünki əksər hallarda anşlaqlara, tamaşaçı dolu zala həsrət idi. İndi isə, bir ildən çoxdur, tamaşaçı bir yana, onun həsrətində yanıb-yaxılan, hər gün sosial şəbəkələrdən efirlərə yayılan Teatrsız yaşamaq böyük fəlakətdir kimi pafoslu monoloqlara da tamarzıdır. Sanki teatr onun salonundakılar kimi səhnə kulisdəkilərə lazım deyilmiş. Hər halda bir ili adlayan teatrsızlıq dönəmində bir aktyorun, rejissorun, dramaturqun xahiş edirəm, teatrları açın, onsuz yaşaya bilmirəm çağırışını eşitmədik... Niyə?

 

Bu mövzuda fikir mübadiləsi etdiyim gənc teatrşünaslardan biri AMEA-nın doktorantı Aygün Süleymanova suala sualla cavab verir: Teatrsız yaşaya bilməmək məgər dünən (pandemiyadan öncə) var idimi? Dünən , bu gün Azərbaycan vətəndaşının teatra getmək istəyirəm deyə bir qayğısı yoxdur. Yəni kütləvi deyil. Kütləvi tamaşaçı teatra getmək istəmir....

 

Bu məqamda Aygün xanımla razılaşa bilmədim. Ki, tamaşaçını birmənalı teatra istəksizlikdə, teatr kimi yüksək sənətə sevgisizlikdə qınamaq olmaz. Həm bu teatr dediyimiz nəsnə meydanda, kütlənin arasında yaranıb. Xüsusən biz milli teatrımızın tarixindən danışarkən geninə-boluna kütləvi, meydan, xalq tamaşaları sözlərindən istifadə edirik. Bütün hallarda bu gün tamaşaçı ənənəvi teatr formasından imtina edirsə, onlara yüksək peşəkar eksperimentlər verməliyik. Pandemiyanın yaratdığı bu uzun fasilə papağını qarşına qoyub düşünmək üçün əla fürsətdir.

 

Paxıllıq etdiyim bir çox ölkələrdə artıq post pandemiyanın teatrı ilə bağlı müxtəlif fikirlər irəli sürüb, tezislər hazırlayırlar. Bunu uzun müzakirələrə çıxarırlar. Teatrlar açılsın, baxarıq kimi bəhanələr irəli sürmür, Zoom vasitəsilə yalançı məşqlərdə əsnəmir, əsl onlayn müzakirələr edirlər. Beləcə, biz doğulmayan uşağa (tamaşa) don biçirik, onlar isə cəmiyyət üçün yararlı övlad (teatr) dünyaya gətirməyə çalışırlar.

 

Fikri Aygün Süleymanova da təsdiq edir ortaq məxrəcə gəldiyimizə sevinirəm: Pandemiya bir sıra ölkələrdə teatr üçün yeni səhifə açdı. Teatr məkanlardan, teatr binalarından tamaşaçının evinə gəldi. Televiziyalarda gündəm yaratdılar. Burada da tamaşaçı haqlıdır. Virusun tüğyan etdiyi bir məqamda insanların gündəlik ehtiyaclarının qapıya gəldiyi bir zamanda niyə teatr bu tendensiyaya qoşulmasın. Gərçi bu, milli teatrımız üçün yenilik olmayacaq. Yenidən televiziya tamaşalarına qayıdış olacaq.

 

Qeyd edim ki, teatr yalnız tamaşa məkanı deyil. Teatr istehsal edən qurumdur, yüzlərlə insanın yeridir. Teatrın bu iki vəzifəsi bir-birindən fərqləndirilməlidir. Bu minvalla davam etsək, milli teatrımızı heç parlaq gələcək gözləmir. Təxminən ortayaşlı aktyor pandemiya bitənəcən yaşlanacaq. Onun əsl sənət arzuları pandemiya üzündən yarımçıq qalacaq. Aktyor sənəti üzrə işləmədikcə formadan düşəcək. Bu gün teatra təqdim olunan əsərlər sabah aktuallığını itirəcək... Qısası, tamaşa yoxdursa, rejissor yoxdur, teatrşünas yoxdur, seyrçi yoxdur, teatr prosesi yoxdur.

 

Bu qədər bədbin yekunu istəməsək , amansız gerçək dəyişmir ki, dəyişmir...

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2021.- 14 aprel.- S.5.