Əlişir Nəvainin 580 illiyi Heratda qeyd olunub

 

Beynəlxalq konfransa Azərbaycan alimləri qatılıb

 

Dünya ədəbiyyatınin dahi klassiklərindən olan böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi  Əfqanıstandaşairin doğulduğu yaşayıb-yaratdığı Herat torpağında da qeyd edilir.

 

Heratda keçirilənHəzrət Əmir Əlişir Nəvainin düşüncələrini yenidən öyrənməkadlı beynəlxalq elmi konfransa Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistandan olan nəvaişünas alimlər qatılıb.

 

Konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı iştirak ediblər.

 

Konfransın açılışında Azərbaycan alimləri təbrik nitqi söyləyərək konfransın təşkilat komitəsinə öz kitablarını hədiyyə ediblər. Bölmə iclasında Almaz Ülvi BinnətovanınƏlişir Nəvainin elmi-filoloji dini-təsəvvüfi əsərləri”,  Mübariz AğalarlınınƏmir Əlişir Nəvai dövründə Azərbaycan dövlətləri ilə Teymurilər dövləti arasında siyasi diplomatik münasibətləradlı məruzələri dinlənilib.

 

İştirakçıların Heratın tarixi məkanlarınaƏlişir Nəvainin məqbərəsi, Gövhərşad Bəyim camisi, İsgəndər qalası s. yerlərə, həmçinin paytaxt Kabilə ekskursiyaları da təşkil olunub. Əfqanıstan Elmlər Akademiyasının prezidenti Abdul Zahir Şakib ilə görüş keçirilib.

 

Konfrans iştirakçılarına Əlişir Nəvainin lacivərd daşından hazırlanmış barelyefi, kitablar  hədiyyə edilib. Müxtəlif ölkələrdən olan həmkarları azərbaycanlı alimləri Qarabağın düşmən tapdağından azad edilməsi münasibətilə təbrik ediblər.

 

 

Mədəniyyət.- 2021.- 16 aprel.- S.8.