İndoneziyalı jurnalistlər Nizami haqqında məlumatlandırılıb

 

 

Ölkəmizin İndoneziyadakı səfiri Cəlal Mirzəyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı yerli jurnalistlərə müsahibə verib.

 

Kempalan News” xəbər portalının jurnalistlərinin suallarını cavablandıran səfir 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İlielan olunduğunu bildirib, Azərbaycan dövləti tərəfindən şairin yaradıcılığına böyük önəm verilməsi, şairin xatirəsinin əbədiləşdirilməsi barədə söz açıb.

 

Nizami Gəncəvinin tək Azərbaycan ədəbiyyatına deyil, dünya ədəbiyyatına böyük töhfələr verdiyi, bir çox Şərq və Qərb şairlərinin onun əsərlərindən ilhamlanaraq yeni ədəbi nümunələr ərsəyə gətirdikləri diqqətə çatdırılıb.

 

Azərbaycanın Üzeyir Hacıbəyli və Qara Qarayev kimi böyük bəstəkarlarının öz yaradıcılıqlarında Nizami Gəncəvinin əsərlərinə müraciət etdikləri bildirilib.

 

Sonda səfir Nizami Gəncəvinin Şərq ədəbiyyatında öz dəst-xəttini yaratmış nadir şairlərdən biri olduğunu qeyd edərək, onun ədəbi irsinin İndoneziyada xüsusilə gənc şairlər arasında öyrənilməsinin faydalı olacağını bildirib.

 

 

Mədəniyyət.- 2021.- 16 aprel.- S.8.