“Muzeylərimizi tanıyaq və tanıdaq”

 

 

Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) “Muzeylərimizi tanıyaq və tanıdaq” layihəsi davam edir. MATM-də fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubunun rəhbəri Sahibə Ələkbərova layihə çərçivəsində muzeyin könüllülərinin Gəncə şəhərinə ekskursiyasını təşkil edib.

 

Gəncə Şəhər Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Rahib Hüseynov və Gəncə Qala Qapıları – ArxeologiyaEtnoqrafiya Muzeyi Abidə Kompleksinin direktoru Cumalik Rəhimov klubun üzvləri ilə görüşüb.

 

Gənc muzeyşünaslar Nizami Gəncəvinin məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət ediblər. Onlara ziyarətgah və muzey haqqında ətraflı məlumat verilib.

 

Mədəniyyət.- 2021.- 21 aprel.- S.5.