Müasir incəsənətin Azərbaycanda ifadə formaları

Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual Salon (Salons) silsilə tədbirlərindən beşinci vebinar keçirilib.

 

Nyu-York İncəsənət Dizayn Muzeyinin fəxri sədri Barbara Toberin dəstəyi ilə təşkil olunan vebinar Liberallıq transformasiya. Müasir incəsənətin Azərbaycanda ifadə formaları mövzusuna həsr olunub. Tədbirdə Azərbaycan müasir incəsənəti kitabının müəllifi Lesli Qrey qalerist-kurator Əfsanə Tahirova spiker qismində iştirak ediblər.

 

Ə.Tahirova sovet dövründə fəaliyyət göstərmiş Tahir Salahov, Mikayıl Abdullayev, Əşrəf Murad, Mircavad Tofiq Cavadov qardaşları, Səttar Bəhlulzadə Toğrul Nərimanbəyov kimi görkəmli sənətkarların yaradıcılığından söz açıb onların sosialist realizmi cərəyanı çərçivəsində göstərilən təzyiqə birbaşa ya dolayı yolla etirazlarını öz əsərlərində əks etdirdiklərini diqqətə çatdırıb.

 

Vebinarın sonunda sualları cavablandıran spikerlər Azərbaycanda müasir incəsənət nümunələrini formalaşdıran amillərdən danışıb, gənc sənətkarların öz əsərlərində milli-mənəvi dəyərlərlə yanaşı ümumbəşəri hadisələrə yer verərək özlərini ifadə etdiklərini bildiriblər.

 

Qeyd edək ki, indiyədək təşkil olunan Salon vebinarları Transqafqaz regionu: Azərbaycana iqtisadi baxış, İpək Yolunda mədəniyyət, həyat tərzi biznes: Qafqaz regionunda optimizm rəmzi olan müasir memarlığa diqqət, Əsrlər boyunca cazibə: Azərbaycan xalçalarının tarixi İpək Yolunun sirləri: Azərbaycanda şərabçılıq sənayesinin gələcəyi mövzularına həsr olunub.

 

Mədəniyyət.- 2021.- 21 aprel.- S.3.