Sonuncu Rotterdam festivalına gedir

Bakı Media Mərkəzi və Salnaməfilm studiyası tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunmuş Sonuncu sənədli filmi Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib.

 

Kinorejissor Fariz Əhmədovun quruluş verdiyi film festivalın Qısa və orta metraj (Short & Mid-length) bölməsində iştirak edəcək.

 

Rotterdam Beynəlxalq Film Festivalı Avropanın nüfuzlu kino müsabiqələrindən biridir. A kateqoriyalı festival Kann, Venesiya, Berlin, Lokarno digər böyük festivallarla bir sıraya daxildir.

 

Sonuncu sənədli filmi Xəzərdəki Kürdili adasının (Neftçala şəhərindən 33 km məsafədə) sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə dənizdə suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəlir. Əhalinin əksəriyyəti adadan köçür. Qazsız, işıqsız demək olar ki, insansız qalan ada tənhalaşır. Adanın yeganə sakini isə 68 yaşlı Vitali olur. O, bütün həyatını ada ilə bağlayıb

 

Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, prodüserləri Orman Əliyev Nazim Hüseynov, ssenari müəllifləri Esmira Əyyub Fariz Əhmədov, operatoru Polşadan dəvət olunmuş Mateuş Çuxnovskidir.

 

50-ci Rotterdam Beynəlxalq Film Festivalının 2-6 iyun 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulub. Sonuncu filminin geniş auditoriyaya ilk təqdimatı da bu festivalda baş tutacaq. Film haqqında qısa məlumat, treyler fotolar artıq festivalın saytında yerləşdirilib.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 21 aprel.- S.8.