Kitabxanalar mədəniyyət məkanında: ənənələr və yeniliklər

Beynəlxalq elmi-praktik konfrans keçirilib

 

Aprelin 20-də Əhməd Zəki Validi adına Başqırdıstan Milli Kitabxanasının 185 illiyinə həsr olunmuş Kitabxanalar mədəniyyət məkanında: ənənələr və yeniliklər adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Konfransda Rusiya Federasiyası Dövlət Dumasının deputatı, professor Zuqura Raxmatullina, Başqırdıstan Respublikası mədəniyyət nazirinin müavini Ranis Altınbayev, B.N.Yeltsin adına Prezident Kitabxanasının informasiya resursları üzrə direktoru Yelena Jabkoxarici əlaqələr üzrə direktoru Aleksey Vorobyov, həmçinin onlayn formatda Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Milli kitabxanalarının rəhbərləri çıxış ediblər.

 

Professor Kərim Tahirov Başqırdıstan Milli Kitabxanasını əlamətdar yubiley münasibətilə təbrik edərək bildirib ki, bu 185 illik fəaliyyət özlüyündə başqırd xalqının mədəniyyət tarixinin ən parlaq səhifəsidir. Bu gün Başqırdıstan Milli Kitabxanası yalnız əvəzolunmaz bir mədəniyyət mərkəzi deyil, həm də kitabxanainformasiya sistemində əhəmiyyətli rol oynayan aparıcı məlumat mərkəzidir.

 

K.Tahirov Başqırdıstan Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əlaqələrdən bəhs edərək bu əməkdaşlığın 10 il əvvəl başqırd xalqının böyük oğlu, görkəmli türkoloq alim Əhməd Zəki Validinin yubileyi ilə əlaqədar TÜRKSOY-la birgə Bakıda keçirilən beynəlxalq konfransla başladığını diqqətə çatdırıb.

 

Milli Kitabxananın direktoru daha sonra konfransda Müasir dövrdə kitabxanalararası əməkdaşlıq: ənənələr və innovasiyalar mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, kitabxanaların yeni texnologiyalar ilə təchizatı, müasir avadanlıqların tətbiqi oxucuların informasiya tələbatlarının operativdolğun ödənilməsində vacib amillərdən biri kimi çıxış edir.

 

Qeyd olunub ki, pandemiya şəraitində kitabxanalarda ənənəvi formada xidmət dayandırılsa da, müasir texnologiyalar müxtəlif formatlarda kitabxana xidmətini davam etdirməyə imkan yaradır. Kitabxanaların üzərinə düşən əsas vəzifə elektron formada oxuculara xidmət etmək, cəmiyyətin informasiyaya olan tələbatını təmin etmək, insanlarda mütaliə mədəniyyətinin formalaşdırılmasını istiqamətləndirmək, kitaba olan marağı artırmaqdır. Direktor bildirib ki, ölkəmizin əsas kitabxanaları karantin rejimi ilə əlaqədar öz fəaliyyət istiqamətlərini şəraitə uyğun qurub.

 

Konfransda ümumilikdə 21 məruzə dinlənilib və 40-dan çox məqalə olan materiallar toplusunda çap üçün qeydə alınıb.

 

Mədəniyyət.- 2021.- 21 aprel.- S.2.