İşğaldan azad edilmiş ərazilərə dəymiş ziyana dair portal hazırlanıb

 

Karabakh Center portalında 10 mindən çox fotoşəkil toplanıb

 

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı vurulmuş ziyana dair fotosübutların yer aldığı Karabakh Center portalı hazırlanır. Portalın layihəsi aprelin 21-də Qarabağ Dirçəliş Fondu Müşahidə Şurasının (MŞ) onlayn formatda keçirilən iclasında təqdim edilib.

 

Məlumat verilib ki, Karabakh Center portalı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılıb.

 

Portal Azərbaycan rus dillərində hazırlanıb, ingilisdilli versiyası üzərində isə yaxın zamanda yekunlaşacaq. Gələcəkdə bütün materialların bir neçə digər dilə tərcüməsi internetdə, xüsusilə sosial şəbəkələrdə fəal şəkildə təbliği planlaşdırılır.

 

Hazırda portalda Qarabağın erməni işğalı nəticəsində dəymiş ziyanın görüntülərini əks etdirən 10 mindən çox fotoşəkil yer alıb. Burada dağıdılmış yüzlərlə binanın, Azərbaycan xalqının tarixi, memarlıq, dini, mədəni abidələrinin fotoşəkilləri, eləcə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri ilə bağlı eksklüziv materiallar yerləşdirilib. Portala mütəmadi olaraq yeni materiallar əlavə ediləcək.

 

Layihə yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.

 

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu Müşahidə Şurasının iclasında Şuranın sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, üzvlər ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatları Tural Gəncəliyev, Fatma Yıldırım, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal AbdullaXalq artisti Alim Qasımov, həmçinin Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

 

İclasda Fondun aparatının təşkilati strukturu, Fondun Fəaliyyət planı, 2021-ci il üçün investisiya siyasəti və s. məsələlər diqqətə çatdırılıb. Müşahidə Şurası üzvlərinin səsverməsi keçirilib və təqdim olunan sənədlərin layihələri təsdiqlənib.

 

Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 2021-ci il yanvarın 4-də imzaladığı fərmanla yaradılıb. Fond işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasirlayiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə təsis edilib.

 

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir.

 

 

Mədəniyyət.- 2021.- 23 aprel.- S.3.