Bəşəri ideyalar carçısı

 

 

Bakı Xoreoqrafiya Akademiyasının İctimai fənlər kafedrasının təşkilatçılığı ilə “Nizami Gəncəvi 880: bəşəri ideyalar carçısı” mövzusunda onlayn tədbir keçirilib.

 

Akademiyadan bildirilib ki, tədbirdə mütəfəkkir şairin dünya ədəbiyyatındakı yeri və zəngin bədii irsindən söz açılıb.

 

Vurğulanıb ki, Prezident İlham Əliyevin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İlielan etməsi bütövlükdə türk dünyasının ədəbiyyatı və mədəniyyətinə olan dərin ehtiramın təzahürüdür. Nizami Gəncəvi yaradıcılığı dünya ədəbiyyatı tarixində xüsusi mərhələ və müdriklik zirvəsidir. Şairin tərənnüm etdiyi ideyalar həm də bəşəriyyətə ünvanlanıb. Dahi söz ustadı əsərləri ilə bütün dünya xalqlarını ədalətə, humanizmə, saf sevgiyə çağırıb. Onun “Xəmsə”si mənəviyyat xəzinəsidir.

 

BXA-nın İctimai fənlər kafedrasının müdiri, professor Maral Manafova, sənətşünaslıq üzrə elmlər doktoru Vəfa Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva və digər çıxış edənlər dahi şairin əsərlərinin ümumbəşəri əhəmiyyətindən bəhs ediblər.

 

Mədəniyyət.- 2021.- 23 aprel.- S.3.