Pandemiya şəraitində kitabxanaların fəaliyyət istiqamətləri

 

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Bakı, Sumqayıt, Gəncə şəhər kitabxanalarının iştirakı ilə Pandemiya şəraitində kitabxanaların fəaliyyətinin əsas istiqamətləri mövzusunda onlayn görüş təşkil edib.

 

Öyrənək, öyrədək şüarı altında təşkil edilən onlayn tədbirin məqsədi təcrübə mübadiləsi, karantin dövründə kitabxanaların fəaliyyətində müşahidə edilən yeniliklərin müzakirəsi olub. Virtual konfransda Sumqayıt, Gəncə şəhər, Bakının Yasamal, Binəqədi və Səbail rayonlarının MKS-lərinin əməkdaşları çıxış ediblər.

 

Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva iştirakçıları müzakirə ediləcək mövzularla bağlı məlumatlandırıb.

 

Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova pandemiya dövründə kitabxananın əsas fəaliyyət istiqamətləri, günün tələblərinə uyğun virtual fəaliyyət növləri haqqında danışıb. Kitabxananın fəaliyyətinin ölkə başçısının mədəniyyət sahəsində verdiyi sərəncamlara əsasən qurulduğunu vurğulayıb.

 

Kitabxana mütəxəssislərinin çıxışları ilə davam edən tədbirdə İstifadəçilər tərəfindən ən çox izlənilən və maraq doğuran layihələr, Vətənpərvərlik ədəbiyyatının təbliği, Fondunuşaq ədəbiyyatının təbliği, Kitabxanaların tərtib etdiyi biblioqrafik vəsaitlər, Virtual görüşlər, fərqli və üstün cəhətləri, Kitabxanalarda onlayn xidmət, Görülən işlərin KİV-də işıqlandırılması və Kitabxanaların metodik fəaliyyəti mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2021.- 23 aprel.- S.4.