Zatı pis olanı heç yüksəltmə sən...

 

Nizami Gəncəvinin Xəmsəsi dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Xəmsəyə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. Nizami Gəncəvi İli qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

 

Nizami sözündən incilərdə dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

 

Bir şah öz ölkəsini görmək istəsə abad,

Etsin rəiyyətini gərək məsud, qəlbi şad.

 

(Sirlər xəzinəsi)

 

Heç kimsəylə yola getmirsə bir kəs,

Ona bel bağlayıb bir görülməz.

 

(XosrovŞirin)

 

Xudpəsənd olmayan təmiz bir insan

Qorxmaz nə yaxşıdan, nə də yamandan.

 

(Leyli və Məcnun)

 

Bilir bu hikməti hər arif kişi,

Pis nəticə verməz yaxşının işi.

 

(Yeddi gözəl)

 

Zatı pis olanı heç yüksəltmə sən,

Qurdu bəsləməkdən ziyan çəkərsən.

 

(İsgəndərnamə İqbalnamə)

 

Çarə qapısını bağlı qoyma, gəl,

O, fayda verərsə, daha da gözəl.

 

(İsgəndərnamə Şərəfnamə)

 

 

Mədəniyyət.- 2021.- 23 aprel.- S.7.