Saratov səhnəsində Min bir gecə

Saratov Akademik Opera Balet Teatrının (Rusiya) yeni səhnəsində dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Min bir gecə baleti anşlaqla nümayiş olunub. 16-17 aprel tarixlərində nümayiş olunan tamaşa teatrın bu səhnə üçün xüsusi olaraq işlənilmiş ilk balet əsəridir.

 

Tamaşanın hər iki nümayişi sənətsevərlər tərəfindən hərarətlə qarşılanıb. Tamaşaçılar sosial şəbəkələrdə premyera ilə bağlı çoxsaylı müsbət şərhlər yazıblar. Teatrın saytında yerli KİV- qeyd olunur ki, Fikrət Əmirovun Min bir gecə baleti haqlı olaraq Rusiyada balet teatrının müasir klassikası hesab olunur. Vurğulanır ki, 1979-cu ildə Azərbaycan Opera Balet Teatrında səhnələşdirilən balet bu gün Rusiyanın dünyanın ən böyük səhnələrində uğurla oynanılır. Saratovda isə Min bir gecə baletinin ilk nümayişi 1987-ci ilə təsadüf edir. 20 il ərzində 2007-ci ilə qədər baletin 300-ə yaxın nümayişi olub.

 

Min bir gecə baletinin yeni xoreoqrafik versiyasında müasirliklə yanaşı balet sənətinə bələd olmayan tamaşaçını təəccübləndirəcək nüanslara qədər hər şey düşünülüb. Tamaşanın librettosu xoreoqrafı Rusiyanın Əməkdar artisti Anatoli Dementyev, baletmeysteri Xalq artisti İqor Stetsyur-Mova, quruluşçu dirijoru Medet Turqumbayev, səhnə tərtibatçısı Əməkdar rəssam Sergey Boldırev, kostyum üzrə rəssamı Olqa Kolesnikovadır. A.Dementyev möhtəşəm Şərq elementləri, gerçəklik fantastik dünya, dramatik toqquşmalar, ülvi hisslərin, incə yumorun fitnə-fəsadın bir-biri ilə toqquşduğu baletdə qüsursuz zövq plastik ifadə ilə seçilən emosional bayram tamaşası yarada bilib. Baletmeyster isə mətni orijinalda 1987-ci il versiyasında saxlayaraq öz yeniliklərini əlavə edib.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 23 aprel.- S.8.