Toskada üç sənətçimiz çıxış edir

 

Rusiya Böyük Teatrında pandemiyadan sonra premyera

 

Azərbaycanın Xalq artistləri Dinarə Əliyeva Elçin Əzizov 21-25 aprel tarixində Rusiya Böyük Teatrının səhnəsində nümayiş olunan Cakomo Puççininin Toska operasının tamaşasının premyerasında çıxış edirlər.

 

Teatrın solistləri olan sənətçilər daha bir həmvətənimiz dəvət olunmuş solist Azər Zadə ilə birlikdə səhnəyə çıxıblar. Opera tamaşasının quruluşçu rejissoru italyan rejissor Stefano Poda, dirijoru Daniel Kalleqaridir. Dinarə Əliyeva tamaşada Floriya Toska, Elçin Əzizov baron Skarpia, Azər Zadə isə Kavaradossinin partiyalarını ifa edir.

 

C.Puççininin Toska operası (libretto: İllika Luici, Cüzeppe Cakoza) ilk dəfə 14 yanvar 1900-cu ildə Romada Kostanzi Opera Teatrında nümayiş olunub. Tamaşanın süjet xəttinin mərkəzində müğənni Floriya Toska və rəssam Kavaradossinin sevgi münasibətləri dayanır.

 

Mədəniyyət.- 2021.- 23 aprel.- S.8.