Beynəlxalq konfransda Azərbaycan mədəniyyəti və xanəndəlik sənətindən söz açılıb

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Azərbaycan ənənəvi musiqisimüasir texnologiyalar kafedrasının professoru, fəlsəfə elmləri doktoru Mina Hacıyeva Başqırd Dövlət Universitetinin keçirdiyi Müasir insanın varlığının etnotarixi, hüquqi və mədəni-linqvistik əsasları adlı beynəlxalq elmi-praktik konfransa qatılıb. Onlayn konfransda müxtəlif ölkələrdən alimlərin məruzələri dinlənilib.

 

M.Hacıyeva Azərbaycan mədəniyyətinin inkişafı mövzusunda məruzəsini təqdim edib. Məruzəçi Azərbaycanın tarixi, Orta əsr alimləri, şair-filosofları və XX-XXI əsr bəstəkarlarının əsərləri haqqında məlumat verib.

 

Professor Mina Hacıyevanın rəhbərliyi altında Tarix-nəzəriyyə fakültəsinin 4-cü kurs tələbəsi Gülər Babayeva konfransda Azərbaycanda xanəndəlik sənətinin inkişafı mövzusunda çıxış edib.

 

Mədəniyyət.- 2021.- 30 aprel.- S.4.