Nizami irsinin bəşəri dəyəri

 

Azərbaycan TurizmMenecment Universitetində (ATMU) Dillər kafedrasının təşkilatçılığı ilə Nizami 880 adlı onlayn tədbir keçirilib.

 

Tədbirdə ATMU-nun rektoru İlham Mədətov Nizami irsinin tədqiqi və tanıdılması sahəsində görülən işlərdən bəhs edərək, mütəfəkkir şair müxtəlif ölkələrdə heykəllər ucaldılmasının əhəmiyyətini vurğulayıb.

 

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli ATMU-da təşkil olunan tədbirə qatılmaqdan məmnunluğunu bildirib. Akademik Romada Nizamiyə ucaldılan heykəlin dahi şairə, bəşər mədəniyyətinə böyük dəyər kimi səciyyələndirib.

 

ATMU-nun Dillər kafedrasının əməkdaşları dosent Ağaverdi Xəlilov, baş müəllim Almaz Zöhrabova, filologiya üzrə fəlsəfə doktoru Aysel QuliyevaGünel Əliyeva Nizami Gəncəvi yaradıcılığının folklor qaynaqları, Nizami irsində türklüyə verilən dəyər və başqa mövzularda çıxış ediblər. Universitetin tələbələri şairin Sənsiz qəzəlini və müdrik kəlamlarını Azərbaycan, ingilis, rus, alman, fransız və fars dillərində səsləndiriblər.

 

 

Mədəniyyət.- 2021.- 30 aprel.- S.5.