Çay suyu olsa da, sən içmə yalqız...

 

 

Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

 

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

 

 

 

Ağıllılar bilir, tək yesə hər kəs,

Təklikdə də ölər, dost-aşna görməz.

Çay suyu olsa da, sən içmə yalqız,

Dəniztək olarsan acı, qılıqsız.

 

XosrovŞirin”)

 

Dərinlik, sonsuzluq varsa dəryada,

Arxların suyundan yaranmış o da.

 

Leyli Məcnun”)

 

Çarpış dünya ilə şiri-nər kimi,

Yoxsa udar səni o, əjdər kimi.

 

Yeddi gözəl”)

 

Pis fikrə düşərsə yaxşı bir insan,

Özünə yamanlıq edən hər zaman.

 

İsgəndərnamə” – “İqbalnamə”)

 

Ancaq öz varınla ol coşqun ümman,

Götür öz faydanı öz varlığından.

 

İsgəndərnamə” – “Şərəfnamə”)

 

Yaxşılıqla çatdırsa hər kəs işini sona,

Yaxşı üz göstərəcək öz yaxşılığı ona.

 

Sirlər xəzinəsi”)

 

Mədəniyyət.- 2021.- 30 aprel.- S.7.