Cəmiyyətin intellektual inkişafında kitab mütaliənin rolu

 

Dünya Kitab Müəllif Hüquqları Günü ilə əlaqədar konfrans

 

Kitabxana işi, kitab nəşriyyatlarla bağlı qəbul olunan dövlət proqramları, ölkə başçısının imzaladığı müvafiq sərəncamlar bu sahənin inkişafı üçün zəmin yaradıb.

 

Bu fikir 23 aprel – Dünya Kitab Müəllif Hüquqları Günü ilə əlaqədar Milli Kitabxanada keçirilən “Cəmiyyətin intellektual inkişafında kitab mütaliənin rolu” mövzusunda konfransda səsləndi. Tədbir Mədəniyyət Nazirliyi Milli Kitabxana tərəfindən təşkil olunmuşdu.

 

Konfransı giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq əlamətdar günün tarixi barədə məlumat verdi. Qeyd etdi ki, Dünya Kitab Müəllif Hüquqları Günü 1995-ci il noyabrın 15-də UNESCO Baş Konfransının Parisdə keçirilən 28-ci sessiyasında elan olunub. Əlamətdar gün üçün 23 aprel tarixinin seçilməsi təsadüfi deyil. Həmin tarix dünya ədəbiyyatının klassikləri Vilyam Şekspir, Migel de Servantes İnka Qarsilaso dela Veqanın vəfat etdiyi gündür. Milli Kitabxana tərəfindən hər il bu gün müxtəlif tədbirlərlə qeyd olunur, kitab sərgisi təqdimatları keçirilir.

 

Sonra direktor “Ulu öndər Heydər Əliyev kitab mütaliənin rolu haqqında” mövzusunda çıxış etdi. Bildirdi ki, ümummilli lider mədəniyyətimizə, mənəvi dəyərlərimizə həmişə böyük qayğı ilə yanaşıb bu diqqət milli-mənəvi dəyərlərimizi yaşadan Milli Kitabxanadan da yan keçməyib. Heydər Əliyev 1995-1997-ci illərdə Milli Kitabxananı 4 dəfə ziyarət edib kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab bağışlayıb. Hazırda həmin kitablar kitabxananın Heydər Əliyev guşəsində yer alır.

 

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev konfransda çıxış etdi. Dünya Kitab Müəllif Hüquqları Günü münasibətilə Mədəniyyət Nazirliyi adından bütün kitabsevərlərə təbriklərini çatdıran Vaqif Əliyev qeyd etdi ki, yaradıcı əməyin məhsulu olan kitab bilik mənbəyi onu nəsildən-nəslə ötürən bir vasitədir. Bu baxımdan, Mədəniyyət Nazirliyi müəllif hüquqlarının qorunmasına, nəşriyyat fəaliyyətinə xüsusi önəm verir.

 

Nazirin birinci müavini vurğuladı ki, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində onun kitab kitabxana sahəsi, nəşriyyatlarla bağlı imzaladığı fərmanlar bu sahənin inkişafında mühüm rol oynayıb. Ümummilli lider hələ sovet dövründə respublikamıza rəhbərlik edərkən ədəbiyyatımızın, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması, eləcə kitab nəşri sahəsinin inkişafı istiqamətində ardıcıl tədbirlər görüb. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə Heydər Əliyevin rəhbərliyi ilə kitab nəşri müəlliflik hüququ sahəsində zəngin qanunvericilik bazası yaradılıb. 1996-cı ildə “Müəlliflik hüququ əlaqəli hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında”, 2000-ci ildə “Nəşriyyat işi haqqında”, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanunların qəbul edilməsi bu sahənin inkişafına öz müsbət təsirini göstərib.

 

Ulu öndərin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında”, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları, həmçinin “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 sentyabr 2017-ci il tarixli fərmanı kitabın təbliği müəllif hüquqları sahəsində uğurlu sistemli tədbirlərin həyata keçirilməsinə təkan verib.

 

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov çıxış edərək tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə Milli Kitabxanaya təşəkkürünü bildirdi. Qeyd etdi ki, UNESCO əlamətdar gün münasibətilə hər il çoxsaylı tədbirlər keçirir. Müasir dövrdə gənc nəslin elmə, biliyə olan marağının, kitaba olan tələbatının artırılması mühüm əhəmiyyət kəsb edir. Elnur Sultanov onu da diqqətə çatdırdı ki, UNESCO tərəfindən hər il dünyanın bir şəhəri  “Dünya kitab paytaxtı” seçilir. Ümid edirik ki, gələcək illərdə Bakı şəhəri həmin paytaxtlar sırasına daxil olacaq.

 

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı “Kitab və mütaliənin kütləviləşdirilməsində Bakı Kitab Mərkəzinin rolu” mövzusunda çıxışında kitaba olan marağın artırılması istiqamətində gördükləri işlərdən söz açdı. Qeyd etdi ki, Bakı Kitab Mərkəzi fəaliyyətə başladığı üç il ərzində 200-ə yaxın tədbir keçirib.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Gənclər arasında kitab və mütaliənin təbliği” mövzusunda çıxış etdi. Bildirdi ki, kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. R.Məcid Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”nın fəaliyyətini yüksək qiymətləndirdi: “Biz dəfələrlə bu məkanda kitab təqdimatları, poeziya günləri, gənc yazarlarla görüşlər keçirmişikpandemiya bitdikdən sonra belə tədbirlərimizi davam etdirəcəyik”.

 

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev söylədi ki, bu gün kitab işi sahəsində çalışanların və kitabsevərlərin bayramıdır: “Pandemiya səbəbindən hazırda kütləvi tədbir keçirmək mümkün deyil. Arzum budur ki, gələn il Dünya Kitab və Müəllif Hüquqları Gününü mədəniyyətimizin beşiyi olan Şuşada qeyd edək”.

 

Bakı Dövlət Universiteti Kitabxanaçılıq və informasiya fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı qeyd etdi ki, nəşriyyat işi və redaktə ixtisasında və magistratura pilləsində təhsil alan tələbələr üçün müəlliflik hüququ ayrıca fənn kimi tədris olunur. Həmçinin fakültənin əməkdaşları tərəfindən bu sahə ilə bağlı dərslik, dərs vəsaitləri və monoqrafiyalar hazırlanıb.

 

Konfransın sonunda Kərim Tahirov Mədəniyyət NazirliyiMilli Kitabxananın birgə təşəbbüsü ilə işğaldan azad olunan bölgələrimizdə yenidən qurulacaq kitabxanaların fondları üçün kitab toplama kampaniyasının keçirildiyini diqqətə çatdırdı və bütün kitabsevərləri bu kampaniyaya qoşulmağa çağırdı.

 

N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 30 aprel.- S.1;3.