Paytaxt məktəblərində Aşıq Ələsgərin 200 illiyi münasibətilə silsilə tədbirlər

 

Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə paytaxt məktəblərində silsilə tədbirlər keçiriləcək. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

 

Bildirilib ki, müvafiq əmr ilə təsdiqlənmiş tədbirlər planına əsasən, BŞTİ-nin tabeliyindəki ümumitəhsil müəssisələrində ustad sənətkar Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş konfranslar, açıq dərslər, ədəbi-bədii gecələr, dəyirmi masa, müsabiqə və yarışlar keçiriləcək.

 

Həmçinin ustad sənətkarın 200 illik yubileyinə həsr olunmuş rəsm sərgiləri keçiriləcək. Aşıq Ələsgər və Azərbaycan folkloru mövzusunda şeir müsabiqəsi təşkil olunacaq. Bundan başqa, məktəb kitabxanalarında Aşıq Ələsgər irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində diskussiyadebatlar aparılacaq.

 

Mədəniyyət.- 2021.- 4 avqust.- S.6.