Kəndlərdə mədəniyyət günləri davam edir

 

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə reallaşdırılan Kəndlərdə mədəniyyət günləri layihəsi davam edir. Layihənin növbəti tədbiri Xaçmaz rayonunun Qalağan kəndində təşkil olunub.

 

Tarixi dəyişən böyük Qələbə mövzusunda keçirilən tədbirdə mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd ağsaqqalları, yerli yazarlar iştirak edib. Tədbir iştirakçıları öncə Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən kitab, rəsm və əl işləri, yerli mətbəx nümunələrindən ibarət sərgilərlə tanış olublar.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov bildirib ki, belə tədbirlərin keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsidir.

 

Tədbirin bədii hissəsində ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Sonda Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən bir qrup fəal gəncə fəxri fərmanlar təqdim edilib.

 

Mədəniyyət.- 2021.- 4 avqust.- S.4.