AKİ də mükafatçılarını elan edib

 

Ölkəmizdə kino sahəsində fəaliyyət göstərən digər qurum Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) da Kino Günündə ənənəvi mükafatının qaliblərini elan edib.

 

AKİ-dən verilən məlumata görə, Emil Quliyev Pərdə trilogiyasında sosial-mənəvi problemlərin uğurlu kino həllinə, Nəriman Əbdülrəhmanlı Azərbaycan kino salnaməsinin yaradılmasında xidmətlərinə, rejissor Hilal Baydarov Səpələnmiş ölümlər arasında filmində obrazların poetik vizual həllində uğurlarına görə təltif olunublar.

 

AKİ-nin məlumatında o da qeyd olunur ki, keçən kino mövsümünü analiz edərkən və qalibləri seçərkən sahənin inkişafına səbəb ola biləcək tendensiyaları dəstəkləməyi əsas götürüblər.

 

 

Mədəniyyət.- 2021.- 4 avqust.- S.2.